Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Unikal.org xəbər verir ki, nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.