Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası dünyada sürətlə yayılmağa davam edir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanlar arasında məşhurlar da var. Bu dəfə Rusiyanın Əməkdar artisti Alena Babenkonun "Covid-19"a yoluxduğu aşkarlanıb. Məşhur aktrisa bu barədə “Instagram” səhifəsində məlumat verib.

O, xəstəliyin yüksək temperatur və özünü halsız hiss etmə kimi əlamətlərini keçiib. Aktrisanın sözlərinə görə, hazırda müalicə kursu keçir və artıq özünü yaxşı hiss edir.