Braziliyada son sutka ərzində daha 965 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 22 013-ə çatıb. Eyni zamanda son gündə 16 508 yeni yoluxma faktı aşkarlanıb.
Beləliklə, Braziliyada "Covid-19"ayoluxanların sayı 347 398-ə yüksəlib. Xatırladaq ki, yeni növ koronavirus infeksiyası Çinin Uhan şəhərində meydana gəlib.

Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.