Bildiyiniz kimi, yeni növ koronaviurs (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkə ABŞ-dır.

Unikal.org xəbər verir ki, artıq ölkədə pandemiya qurbanlarının sayı 100 minə yaxınlaşır. Bir neçə ay ərzində ciddi karantin qaydalarının tətbiq olunmasından sonra əksər ştatlarda yumşalmalar edilib.

ABŞ prezidenti Donald Tramp da uzun fasilədən sonra özünün Virciniyada yerləşən qolf mərkəzinə gedib. Ölkədə hər gün minlərlə insanın koronavirusdan öldüyü müddətdə Trampın qolf oynaması vətəndaşların qəzəbinə səbəb olub.

Qeyd edək ki, ABŞ-da 1 milyon 650 mindən çox insan "Covid-19"-a yoluxub, onlardan 98 mini bu səbəbdən dünyasını dəyişib.