Pakistanın Karaçi əyalətində baş verən təyyarə qəzası ilə bağlı ilkin araşdırmalara start verilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, pilot 3 dəfə eniş etməyə cəhd edib, lakin bunun uğursuzluqla nəticələnib.

Belə ki, təyyarənin mühərrikləri eniş zolağına sürtülüb və buna görə də eniş etmək mümkün olmayıb. Eyni zamanda eniş üçün ayrılan zolaqda bunu sübut edən izlərin olduğu da bildirilib.

Nəticədə mühərriklər yerlə təmas etdikləri üçün ciddi şəkildə zədələnib. Araşdırmanın ətraflı nəticələrinin təxminən 3 ay sonra məlum olacağı açıqlanıb.

Qeyd edək ki, Pakistanda baş vermiş sözü gedən təyyarə qəzasında 97 nəfər həlak olub, 2 nəfər möcüzəvi şəkildə xilas olub.