Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.

xxx

Mingəçevirdə qadın sürücünün idarə etdiyi “Opel” markalı avtomobil qəza törədib.

Unikal.org xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib. Belə ki, eyni anda 10 nəfəri vurub. Onlardan 7-nin azyaşlı olduğu bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.