Quba və Xaçmazda avtomobil yanıb.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, Quba rayonunun Məckəxacə kəndində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hər iki avtomobildə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.