Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 

Unikal.org xəbər verir ki,  1957-ci il təvəllüdlü Asim Yusifov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***10:29

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında baş verib.

Şəhər sakini, 63 yaşlı Asim Yusifov evində bıçaqlanaraq öldürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.