Mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-17, gündüz  22-27, Bakıda  gecə 15-17, gündüz  24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  40-50 faiz olacaq.   

Mayın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə isti olacaq.