Türkiyənin keçmiş Baş Qərargah rəisi, general İsmail Hakkı Karadayı dünyasını dəyişib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, general İsmail Hakkı Karadayı bu gün müalicə olunduğu xəstəxanada 88 yaşında vəfat edib. 

Qeyd edək ki, İ.H.Karadayı bir müddət əvvəl yüksək hərarət və infeksiya səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Xərçəng diaqnozu qoyulan İ.H.Karadayı bir neçə dəfə əməliyyat keçirib.

Xatırladaq ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub. O, 1994-cü ilin avqust ayından 1998-ci ilin eyni ayınadək bu vəzifəni icra edib.