8 il əvvəl Azərbaycandan Türkiyəyə gedərək orada “evlilik və ya ticarət” vədləri ilə 1 milyon lirəyə yaxın dələduzluq edən Xalidə Mahmudova adlı qadın paytaxt Ankarada saxlanılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxsin anası keçmişdə Azərbaycanda deputat olub.

Bildirilib ki, o, “Azeriler Dayanışma Derneği”nə üzvlüyündən istifadə edərək oradakı insanlara müxtəlif vədlər verərək aldadıb.