Mozambikdə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib ki, pandemiyanın qurbanı olan şəxs 13 yaşlı yeniyetmədir. Qeyd olunub ki, Mozambikdə "Covid-19"a yoluxanların yarısından çoxu 14 yaşdan aşağı olan uşaqlar və yeniyetmələrdir.

Qeyd edək ki, sözü gedən ölkədə indiyə qədər 209 nəfər koroanvirusa yoluxub.