Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 26-na olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 2 927 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 276 338 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 403 nəfərə, sağalanların sayı 2 819 nəfərə, ölənlərin sayı isə 52 nəfərə çatıb.