Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 73 nəfər koronavirusdan ölüb. 

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2183-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 362 342 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8915 nəfər bu virusa yoluxub, 174 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 3807 nəfərdir, indiyədək 131 129 nəfər sağalıb.