Bakının Nərimanov rayonunda mənzildə meyit aşkar olunub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.