Bakıda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Dadaşov Rəfail Ramiz oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona hər iki topuğun sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.