Aralıq dənizinin Türkiyə sahillərində 4,0 bal gücündə zəlzələ olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:40 radələrində qeydə alınıb.
Zəlzələnin episentri Muğla əyalətinin Datça rayonundan 269-274 kilometr aralığında, ocağı isə 6,96 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.