Kanadanın Toronto şəhərinin mərkəzində baş vermiş silahlı insident nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir qadının vəziyyətinin ağır, ancaq sabit olduğu deyilir. Polis yaralıların kimliyini hələlik açıqlamayıb.