Qazaxıstanda ötən sutka ərzində 335 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Unikal.org-un verdiyi məlumata görə, yeni yoluxma halları Nur-Sultan (78), Almatı (77), Çimkənd (38) şəhərlərində və Karaqanda (43), Atırau (21), Qərbi-Qazaxıstan (20), Jambıl (15), Şərqi Qazaxıstan (7), Qızılorda (7), Almatı (5), Turkestan (5), Aktyubinsk (4), Kostanay (4), Manqistausk (4), Pavlodar (4) və Şimali Qazaxıstan (3) vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 9304 nəfərə çatıb.