Latın Amerikasında koronavirusa yoluxanların sayına görə üç lider ölkə arasında yer alan Peru rekorda imza atıb. Ölkədə son sutka ərzində 5 772 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Perunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, mayın 26-dək ölkədə 875 721 min nəfər kooronavirus testindən keçib ki, onlardan da 129 751-i pozitiv, 745 970-i neqativ nəticələnib.

Ümumilikdə 52 906 pasiyent sağalıb, 3 788 nəfər vəfat edib.