“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6 234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.