Dünyaca məşhur italyan tenor Andrea Bocelli koronavirus pandemiyasına yoluxduğunu açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı opera sənətçisi “La Stampa” qəzetinə müsahibəsində özü və ailəsinin mart ayında COVID-19 testindən keçdiyini, nəticələrin pozitiv çıxdığını bildirib.

“Konsertlərimi təxirə salmaq məcburiyyətində qaldım. Bir kabus yaşayırdım. Yatmağı unutmuşdum”,- deyə Bocelli bildirib.

O, artıq vəziyyətinin yaxşı olduğunu, virusdan xilas olduğunu qeyd edib.