Çində son sutka ərzində cəmi 1 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb, ölən olmayıb.

Unikal.org xarici KİV-ə  istinadən məlumat verir ki,  bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus Şanxayda xaricdən gələn şəxsdə tapılıb.

Ölkənin tibb müəssisələrində 79 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Çində ümumilikdə 82 993 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 280 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.