Rusiyada son bir gündə daha 8 338 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 370 680 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 161 nəfər artaraq 3 968-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 142 208 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 140 nəfər.