İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, yerli oyunçu 24 yaşında qəflətən vəfat edib.

Hələlik müdafiəçinin ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarının formasını geyinib.