Bakıda körpünün üzərində hərəkət edən avtomobil aşıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, Koroğlu metrostansiyasının yaxınlığında baş verib. Belə ki, yolda hərəkət edən "Mitsubishi Pajero io" markalı avtomobil aşıb. Qəzaya görə, adıçəkilən yolda sıxlıq yaranıb.