Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-də Bakı şəhər sakini olan bir qadına məxsus “KİA” markalı avtomobildən 200 manat pul və 200 manat dəyərində eynək oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Xələfov saxlanılıb.