Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.