Millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov seçiciləri ilə keçirdiyi görüşləri davam etdirir.  

Unikal.org xəbər verir ki, görüşlər Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında, eləcə də onlayn formasında keçirilir. Görüşlərdə Cavid Osmanov seçiciləri narahat edən məsələləri dinləyib ona ünvanlanan sualları cavablandıraraq müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb. Bir sıra məsələlər yerindəcə həll edilərək seçicilərə müvafiq izahat və tövsiyələr verilib. Millət vəkili qeyd edilən məsələlərin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılması üçün aidiyyatı qurumlara müraciət olunacağını və qaldırılan məsələlərin müsbət həllinə çalışılacağını bildirib.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında seçicilərlə görüşlər zamanı vətəndaş qəbulu həyata keçirilən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazılanmış metodiki göstərişlərə ciddi əməl olunur. Belə ki, müraciət edən vətəndaşlar ilə sıx qarşılıqlı münasibətdə olunduğundan COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə - əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirilir. Şəxsi gigiyena qaydalarına riayət edilir, tibbi maska və həmçinin dezinfeksiya məhlulundan istifadə olunur. Qəbul keçirilən otaq mütəmadi olaraq havalandırılır,  binanın giriş-çıxışı və otaqları təmizlik vasitələrindən istifadə edilməklə təmizlənir.