Dünyanın ən geniş sərnişin tutumuna sahib olan elektrikli təyyarəsi istehsal olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin təyyarə ilk uçuşunu həyata keçirməyə hazırlaşır. Uçuş sabah ABŞ-ın Vaşinqton ştatında reallaşdırılacaq.

Saatda 183 kilometr sürətə çata bilən bu elektrikli təyyarənin uçuşu 20-30 dəqiqə ərzində baş tutacaq. Qeyd edək ki, test uçuşunda təyyarəni tək pilot idarə edəcək.