Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyasının ən geniş yayıldığı ölkələrdən biri İspaniyadır.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, sözü gedən ölkədə son gün ərzində sadəcə 1 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının sayı 27 118-ə çatıb. 

Həmçinin son gün ərzində 231 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, İspaniyada "Covid-19"a yoluxanların ümumi sayı 236 769-a yüksəlib.