Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.