Bildiyiniz kimi, ABŞ-da bu il növbəti prezident seçkiləri keçiriləcək.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, ölkənin hal-hazırki prezidenti Donald Tramp bu barədə yeni açıqama verib. O, ABŞ-da sosial şəbəkədə yayılan yalnış məlumatların seçkilərə mənfi təsir etdiyini iddia edib:

"Bu cür hallar davam edərsə ya sosial şəbəkələrin istifadəsinə xüsusi qaydalar tətbiq olunacaq, ya da onların fəaliyyəti tamamilə dayandırılacaq"

Qeyd edək ki, ötən günlərdə Tramp "Twitter"də yayılan məlumatların daha öncədən təsdiqlənməsinin vacib olduğunu bildirmişdi.