Türkiyə ordusunun əsgəri Suriyanın İdlib əyalətində həlak olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış zamanı yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.