Fransada son sutka ərzində daha 66 nəfər koronavirusdan ölüb. ölənlərin sayı 28 596-a çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 596-a çatıb. Bildirilib ki, son sutka ərzində 271 yeni yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.