Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 745 803 nəfər), ölüm (102 107 nəfər), sağalma (490 130 nəfər) ABŞ-dadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya 414 661 yoluxma ilə ikinci, Rusiya 370 680-lə üçüncü yerdədir.

Türkiyə 159 797 koronavirusa yoluxma sayı ilə doqquzuncudur. İranı 10-cu sırada 158 333 yoluxma ilə Hindistan əvəz edib.

İran 141 591 virusa yoluxma sayı ilə 11-ci yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm (7564 nəfər) bu ölkədə müşahidə edilir.

Azərbaycanda bu vaxta qədər koronavirus 4568 nəfərdə aşkar edilib. 54 nəfər bu virusdan ölüb, 2897 nəfər sağalıb.