Rusiyanın Tatarıstan Respublikasında ayını minik avtomobilində aparıblar.

Unikal.org xarici mətbuata istinadən  xəbər verir ki, vəhşi heyvan maşının arxa oturacağında oturaraq ətrafa tamaşa edib.

Sosial şəbəkələrdə yayılan bu video insanların qınağına səbəb olub. Vəhşi heyvanların daşınmasında müəyyən qaydalara riayət edilməsi əsas gətirilib.

İlkin ehtimala görə, ayı sirk heyvanı olub və şəhərə mütamadi olaraq bu formada gətirilib.