Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus pandemiyasının hələ başlanğıcında olduğunu deyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Merkel mətbuata açıqlamasında, müalicə üçün peyvənd və ya dərman olmadığını vurğulayıb. 

“Ancaq vəziyyətə daha yaxşı nəzarət edə bildik. Yenə də çox ehtiyatlı və diqqətli olun!”

A.Merkel əyalət rəhbərlərindən sosial məsafə qaydalarının məcburiyyət olaraq davam etdirilməsini istəyib:

“Sosial məsafə yalnız tövsiyə olaraq qalırsa və ayrı-ayrı insanlar buna əməl etmirlərsə, digərləri üçün təhlükə yaranır. Sosial məsafəni borc hesab edirəm”.

O əlavə edib ki, infeksiya sürətlə və yenidən yayılacaq.

Qeyd edək ki, Almaniyada karantin məhdudiyyətləri iyun ayının 29-dək uzadılıb.