Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndilisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “DaweooNexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org -a verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. 

Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.