Birləşmiş Krallığın Uels ölkəsində pandemiya prosesində 1694 ruhi xəstənin təsadüfən xəstəxanadan sərbəst buraxıldığı bildirilib.

Unikal.org xəbər verir ki, Səlahiyyətlilərin, hadisənin baş verdiyi anda xəstəxanadan çıxdıqları xəstələrlə əlaqə qurduğu qeyd olunub. 

Uelsdəki Sosial Demokrat Partiyasının Plaid Cymrunun sağlamlıq sözçüsü Rhun Ap Loruerth, xəstələrin səhvən buraxıldığını vurğulayaraq, “1694 ruhi xəstə hələ də dəstəyə ehtiyac duyarkən erkən xəstəxanadan sərbəst buraxıldığını öyrənmək çox kədərlidir” deyə bildirib. 

Belə bir səhvin səhiyyə müəssisələrində necə ola biləcəyi ilə bağlı suala cavab verən Rhun, bütün xəstələrin təmasda olacağını dilə gətirib. 

Digər tərəfdən, İngiltərə Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərə və Uelsdəki xəstəxanalarda bu il orta hesabla 40 faizdən çox ölüm qeyd edilib.