İsmayıllıda evdən oğurluq hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, polis  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 19-dan 27-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən  1000 manat pul, 790 manat dəyərində televizor və 1 cüt qızıl sırğa oğurlamaqda şübhəli bilinən Mican kənd sakini olan, ev sahibəsinin bacısının əri S.Qurbanov saxlanılıb.