Mayın 27-də saat 11 radələrində Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş qadın ölmüş, uşağın vəziyyəti qənaətbəxşdir.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.