İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 63 nəfər vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7627 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2258 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 143849 nəfərdir.