Norveçin Buda şəhərində cütlük qəribə hadisə ilə qarşılaşıb. 

Unikal.org xəbər verir ki, cütlük evlərini təmir edərkən yataq otaqlarında döşəmənin altından vikinqlər dövrünə aid qəbir aşkarlayıblar.

İlkin ehtimallara görə, yeni tapıntının mindən çox yaşı var.

Əraziyə gələn mütəxəssislər qazıntı işlərinə başlayıblar. Arxeoloq Martinus Haugli məzarın onuncu əsrə aid olduğunu bildirib. Tapılan əşyalar araşdırılmaq üçün muzeyə göndərilib.