“Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi”.

Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxış edərkən deyib:
“Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi" - deyə dövlət başçısı əlavə edib.