İtaliyanın Verona şəhərində 3-cü əsrə aid olan mozaika tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tarixi mozaika bir üzüm bağının altından tapılıb. Arxeoloqlar tarixi əsərin qədim Roma dövlətinin dövründən burada qaldığını bildiriblər.

Qeyd edək ki, əslində həmin ərazidə araşdırmalar çoxdan başlayıb, lakin qazma işləri koronavirus səbəbindən bir müddətlik təxirə salınmışdı.