Böyük Britaniyada dünyanın ən uzunömürlü sakini Robert Ueyton 112 yaşında vəfat edib.

Unikal.org  xəbər verir ki, bu barədə "Sun" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, onun ölümünə xərçəng xəstəliyi səbəb olub.

Ueyton 1908-ci ildə İngiltərədə doğulub. Onun üç övladı, on nəvəsi, iyirmi beş nəticəsi var. Robert Ueyton aprelin əvvəlində yaponiyalı Titeçu Vatanabenin 112 yaş 355 günlüyündə vəfat etməsindən sonra planetin ən uzunömürlü sakini kimi tanınıb.

Dünyanın ən uzunömürlü qadını isə Yaponiya vətəndaşı Kane Tanakadır. Yanvarda onun 117 yaşı tamam olub.