İtaliyada son gündə daha 70 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 33 142-ə çatıb. Aktiv koronavirus xəstələrinin sayı isə azalaraq 47 986-a düşüb. Eyni zamanda son sutka ərzində 593 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İtaliyada "Covid-19"a yoluxanların sayı 231 732-ə yüksəlib. Onlardan 150 604-ü müalicə olunaraq sağalıb.