Sabunçu  rayonunda mağazadan oğurluq edən şəxs saxlanıldı.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, rayonun polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 5 ədəd pul qabı, 16 ədəd alışqan, 50 ədəd qol saatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov saxlanılıb.