İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər vəfat edib.

Unial.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7677 nəfərə çatıb.

Qeyde dək ki, İranda son sutka ərzində koronavirusa 2819  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 146668 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 114931   nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2547 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.